Dünya

“Rusiya Qərbin Donbassda başlatdığı müharibəni dayandırmağa çalışır” – Putin

“Rusiya Qərbin Donbassda başlatdığı müharibəni dayandırmağa çalışır” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri yalnız bir istəklə diktə olunur – Qərbin və onun peyklərinin Donbassda yaşayan insanlara qarşı başlatdığı müharibəni dayandırmaq.

7Times.az xəbər verir  ki, bunu Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə iştirak etdiyi BRICS sammitinin iclasında deyib.

O qeyd edib ki, Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb olub.

Putin həmçinin Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan BRICS həmkarlarına təşəkkür edib.