Dünya

Rusiya qırıcısı ABŞ-ın dornunu kəşfiyyat aparan zaman vurub

Rusiya qırıcısı ABŞ-ın dornunu kəşfiyyat aparan zaman vurubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qırıcısı ilə toqquşduqdan sonra Qara dənizə düşən Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsi Rumıniyadakı bazasından uçaraq planlı kəşfiyyat aparırdı.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ-ın yüksək rütbəli hərbi rəsmisinə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbəti bildirib ki, dron “Hellfire” raketlərini daşıya bilir, lakin onlarla təchiz olunmayıb. Martın 14-də “MQ-9 Reaper” ilhaq edilmiş Krımdan təxminən 120 kilometr cənub-qərbdə kəşfiyyat missiyası həyata keçirən zaman iki rus hərbi təyyarəsinin hücumuna məruz qalıb.

CBS telekanalı pilotsuz təyyarənin düşməsini simulyasiya edən videonu efirdə nümayiş etdirib. Kadrlarda qırıcının aşağıdan cihaza doğru necə uçduğu, sonra isə üzərinə yanacaq tökdüyü əks olunub. Daha sonra Rusiya təyyarəsi havaya qalxaraq pilotsuz təyyarənin pərlərinə dəyib. “MQ-9 Reaper” bir neçə dəfə yuvarlandı və aşağı düşməyə başlayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi CNN-ə müsahibəsində bildirib ki, Vaşinqton amerikalılardan başqa heç kimin dronun qalıqlarını götürməsini istəmir. Kirbi bildirib ki, Birləşmiş Ştatlar öz əmlakını qorumaq üçün addımlar atıb. O, təfərrüatları açıqlamayıb.