Dünya

Rusiya qitələrarası raketləri işə saldı – Pentaqondan açıqlama

Rusiya qitələrarası raketləri işə saldı – Pentaqondan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti Plesetsk eksperimental kosmik stansiyasından “Yars” qitələrarası raketinin təlim-məşq buraxılışı ilə bağlı ABŞ-ı əvvəlcədən xəbərdar edib.

7Times.az  Qərb mediasına istinadla xəbər verir ki, bu məlumatı Pentaqonun rəsmi nümayəndəsi yayıb.

“Bəli, Rusiya Nüvə Təhlükəsinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ni xəbərdar edib. Biz vəziyyəti izləməyə davam edəcəyik”, – ABŞ hərbi departamenti bildirib.

Dünən Plesetsk Dövlət Eksperimental Kosmik Stansiyasından “Yars” mobil kompleksinin çoxsaylı döyüş başlıqları daşıyan raketi buraxılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sınaq buraxılışı zamanı bütün planlaşdırılan tapşırıqlar yerinə yetirilib.