Hərbi

“Rusiya qoşunlarının hərəkəti ilə bağlı təşvişə əsas yoxdur”

“Rusiya qoşunlarının hərəkəti ilə bağlı təşvişə əsas yoxdur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün Rusiya-Ukrayna sərhədində qoşunların hərəkəti ilə bağlı təşviş üçün heç bir əsas yoxdur, belə irimiqyaslı hərəkətlər əvvəllər də olub”.
“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiyanın ölkəyə genişmiqyaslı işğala hazırlaşdığını iddia etməyə əsas görmür: “Silahlı qüvvələrimiz lazım gələrsə, cavab verə bilər. Hər bir ölkə öz ölkəsinin qayğısına qalır, müəyyən şeylər baş verəndə biz sizinlə sakit və balanslı təhlil etməliyik”.
O əlavə edib ki, son bir neçə həftə ərzində Ukrayna mediasında külli miqdarda “hərbi fantastika” yayılıb və jurnalistləri Rusiya ilə qarşıdurma mövzusunu balanslı şəkildə işıqlandırmağa çağırıb.