Rusiya hökuməti Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurgen Arsenyanın bu ölkənin Rusiyadakı səfiri təyin olunması təklifini rədd edib.
APA xəbər verir ki, bu barədə Ermənistanın “news24.am” xəbər portalı mənbələrinə istinadən yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatında ölkə rəhbərliyinin Rusiyadakı səfir Vaqarşak Arutyunyanı dəyişdirmək və onun yerinə Qurgen Arsenyanı təyin etmək niyyətində olması barədə məlumatlar yayılıb.
Rusiya tərəfi, görünür ki, bu namizədliyi təsdiq etməzdən öncə Arsenyanın Ermənistan parlamentində çıxışı zamanı bir sıra anti-Rusiya bəyanatlarına diqqət yetirib.
“Rusiya rəhbərliyi Ermənistana ölkənin təhlükəsizliyini gücləndirməsinə mane olur” fikirlərini səsləndirən bir şəxsin Ermənistan rəhbərliyi tərəfindən Moskvaya səfir göndərilməsi ideyasını Kreml təəccüblə qarşılayıb.
Follow @7timesaz