Dünya

Rusiya raket zərbələri taktikasını dəyişib – Artıq enerji infrastrukturu hədəf deyil

Rusiya raket zərbələri taktikasını dəyişib – Artıq enerji infrastrukturu hədəf deyilbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son kütləvi raket hücumu Rusiyanın qış fəslilə müqayisədə taktikanı dəyişməsindən xəbər verir”.

7Times.az  xəbər verir ki, bunu Böyük Britaniya kəşfiyyatı dünən Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə dair hesabatında bildirib.

Hesabatda qeyd olunur ki, dünənki raket hücumu martın əvvəlindən bu yana Rusiyanın ilk kütləvi raket həmləsidir. Britaniya kəşfiyyatı hesab edir ki, artıq Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunu yox, mümkün Qərb silahlarının və canlı qüvvənin yerləşdiyi nöqtələri hədəf almağa çalışır. 

Lakin göründüyü kimi, rus ordusunun uğursuz və keyfiyyətsiz həmlələri nəticəsində Ukrayna Ordusunun hissələri, yaxud Qərb silahları yox, dinc əhali tələfat və ziyan görür. Belə ki, ötən günkü hücum nəticəsində Uman şəhərində bir neçə yaşayış binası dağıdılıb və onlarla dinc sakin, o cümlədən 5 uşaq həlak olub.

Xatırladaq ki, dünənki raket hücumu zamanı Ukraynaya atılan 23 raketin 21-i Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən vurulub. İki raket isə Uman şəhərinə, dinc əhalinin yaşadığı binalara düşüb.