Rusiya silahlı qüvvələri Qara dənizdə raketdaşıyan gəmilərin sayını artırıb. Ukrayna ərazisində hava zərbələri təhlükəsi yaradan aviasiya fəaliyyətinin aktivləşməsi fonunda vətəndaşlara yüksək təhlükə ilə bağlı xəbərdarlıq edilib.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığı Feysbukda məlumat yayıb.
“Qara dənizdə düşmən gəmi qruplaşmasını 4 əlavə raketdaşıyıcı gəmi ilə tamamlayıb”, – məlumatda deyilir.
Follow @7timesaz