Dünya

“Rusiya raketlərə qənaət edir və qışa hazırlaşır” – Yenə Ukraynanın dinc əhalisi hədəf alınacaq

“Rusiya raketlərə qənaət edir və qışa hazırlaşır” – Yenə Ukraynanın dinc əhalisi hədəf alınacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya payız-qış aylarında Ukraynanın enerji infrastrukturuna zərbələr endirmək üçün qüvvə toplayır və raketlərinə qənaət edir. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Natalya Qumenyuk jurnalistlərə açıqlamasında bildirib.

Qumenyuk qeyd edib ki, hazırda Rusiya əsasən Ukraynanın liman infrastrukurunu və ayrı-ayrı obyektləri vurmağa üstünlük verir. Lakin son zamanlar bu raket zərbələri ötən ilin qışındakı kimi intensiv və kütləvi deyil.

Bu isə ondan xəbər verir ki, hərbi sənayesi çətinliklərlə qarşılaşan Rusiya raketlərə qənaət edərək, əsas qüvvəsini qışda dinc insanların həyatına problemlər və təhlükə törətmək, enerji infrastrukuna zərbələr endirmək üçün toplayır. Müdafiə Nazirliyinin sözçüsü rusiyanın ötən il qışda həyata keçirdiyi hücumların bu il də təkrarlanması ehtimalının yüksək olduğunu bildirib.