“Ukrayna Rusiya Federasiyası ərazisindəki hərbi hədəfləri vura bilməlidir, çünki oradan Ukraynaya ölüm və dağıntılar gəlir”.
7Times.az xəbər verir ki, Bunu Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba almaniyalı həmkarı Andelina Berbokla birgə mətbuat konfransında bildirib.
Kuleba həmçinin vurğulayıb ki, Ukrayna üzərində Rusiya raketlərin vurulması onun tərəfdaşlarına heç bir maneə törətmir: “Tərəfdaşlarımızın Ukrayna ərazisi üzərindən Rusiya raketlərinin vurmasına mane olan heç bir hüquqi, təhlükəsizlik və mənəvi arqument yoxdur. Bu addımın eskalasiyaya səbəb olacağını söyləyənlər manipulyasiya edir”.
Kuleba vurğulayıb ki, Ukrayna öz tərəfdaşlarından əraziləri üzərində Rusiya raketlərinin və təyyarələrinin vurulmasını nəzərdən keçirməyi xahiş edir: “Əgər bunu etmək istəmirsinizsə, onun üçün lazım olan bütün vasitələri bizə verin. Biz onları Ukrayna ərazisində yerləşdirəcəyik və Rusiyanın atdığı raketləri vuracağıq”.
Kuleba aydınlaşdırıb ki, bu, hava hücumundan müdafiə sistemləri və müvafiq texniki imkanlara malik döyüş təyyarələri deməkdir.
“AzPolitika.info”
Follow @7timesaz