Rusiya hakimiyyəti Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətində Baltiysk və Zelenoqradsk yaxınlığındakı akvatoriyanın bir hissəsini Rusiya Federasiyasının daxili dəniz suları elan etməyə hazırlaşır.
7Times.az xəbər verir ki, bu barədə “Moskva Tayms” hökumətin qətnamə layihəsinə istinadən yazır.
Sənəddə bildirilir ki, 1985-ci ildə müəyyən edilmiş coğrafi koordinatlar indiki coğrafi vəziyyətə tam uyğun gəlmir.
Belə ki, ruslar Finlandiya sərhədində Yahi, Sommers, Holland, Rodşer, Malıy Tyuters, Viqrund adalarının ərazisində, eləcə də Narva çayının şimal girişi yaxınlığında koordinatları tənzimləmək istəyirlər.
Litva sərhədində isə Kurş, Taran bölgəsində, həmçinin Taran zonasından Baltikə qədər dəyişiklik etmək niyyətindədirlər.
Bundan sonra Rusiya dəniz sərhədini dəyişməyi hədəfləyir.
Qeyd edilir ki, bu qətnamə demək olar ki, taktiki nüvə silahı ilə təlimlərin başlanması ilə eyni vaxtda müzakirəyə çıxarılıb.
Follow @7timesaz