Rusiya sentyabrın 27-də “Şimal axını” əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb.
7Times.az xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, bu istiqamətdə qaz nəqli zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcək.
Məlumata görə, Rusiyadan Ukraynaya, oradan isə Avropaya təbii qazın ötürülməsi davam edir. Ukraynanın “Soxranovka” qazpaylayıcı stansiyasından ixracat dayanıb. Ancaq “Sudja” stansiyasından sutkada 42,4 milyon kub metr qaz nəql edilir.(report)
Follow @7timesaz