Rusiya Federasiyası T-80 tanklarının istehsalını sıfırdan bərpa etməyə hazırlaşır. Son illərdə artıq istehsal olunan maşınların modernləşdirilməsi və təmiri aparılıb.
“Report” xəbər verir ki, bu barədə “Uralvaqonzavod” Konserni ASC-nin baş direktoru Aleksandr Potapov “Zvezda” telekanalının efirində bildirib.
“Bu, qarşımızda duran vəzifədir, ya da ən azından ordu bunu bizim qarşımıza qoyub. Biz indi Sənaye və Ticarət Nazirliyi ilə fəal şəkildə qarşılıqlı əlaqədəyik, işləyirik, bu məsələləri araşdırırıq, çünki bu, müvafiq olaraq, yeni imkanlar tələb edir”, – Aleksandr Potapov qeyd edib.
Follow @7timesaz