Dünya

Rusiya təyyarəsi Prezidentin mətbuat konfransını yarıda kəsdi – VİDEO

Rusiya təyyarəsi Prezidentin mətbuat konfransını yarıda kəsdi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Prezidenti Gitanas Nausedanın İspaniya Baş naziri Pedro Sançeslə NATO-nun Şaulyay şəhərində yerləşən bazasında baş tutan mətbuat konfransı yarımçıq dayandırılıb.

7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Rusiyaya məxsus iki ədəd “Su-24” təyyarəsinin hava məkanına daxil olması və NATO təyyarələrinin təcili olaraq onlara çatmaq üçün yola düşməsi olub. Belə ki, tədbir zamanı məkana hərbçilər gələrək uçuş üçün hazırlaşmağa başlayıblar. Bu zaman hər iki rəsmi şəxsdən kənara çəkilmələri tələb olunub.

İspaniya Krallığının Mətbuat xidmətinin məlumatına əsasən, ölkənin iki “Eurofighter” hərbi təyyarəsi həyəcan siqnalı verildiyindən havaya qalxıb. İnsident barədə əlavə detallar açıqlanmayıb.

Hərbi təyyarələr bazanı tərk etdikdən sonra mətbuat konfransı davam edib.

“Mundo” nəşri baş verənləri Baltik dənizi üzərində uçan təyin olunmamış Rusiya təyyarəsi ilə əlaqələndirir.

Hərbi bazanın məlumatına görə isə bu, Rusiya təyyarəsinin adi uçuş fəaliyyəti olub. Hələlik bunun hərbi və yaxud sərnişin təyyarəsi olduğu məlum deyil. Qafqazinfo,az