Dünya

Rusiya təyyarəsinə görə Britaniya qırıcıları havaya qaldırılıb

Rusiya təyyarəsinə görə Britaniya qırıcıları havaya qaldırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “Typhoon” qırıcıları Rusiya Aerokosmik Qüvvələrinin Tu-142 sualtı qayıq əleyhinə təyyarəsini təqib etmək üçün havaya qaldırılıb. Təyyarə Norveç dənizi üzərində beynəlxalq hava məkanında təqib edilib.

APA-nın məlumatına görə, aprelin 30-da baş verən insidentlə bağlı Britaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“RAF Typhoon” döyüş təyyarələri bazar günü İngiltərə hava məkanı yaxınlığında uçan Rusiya hərbi təyyarəsini ələ keçirmək üçün Lossimut Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

“Rusiya təyyarəsi heç vaxt Böyük Britaniyanın suveren hava məkanına daxil olmayıb. Rusiya təyyarəsini izləmək üçün NATO-nun cavab tədbirləri çərçivəsində Norveçə məxsus F-35A qırıcısı da havaya qaldırılmışdı”, – deyə mətbuat xidməti əlavə edib.