Dünya

“Rusiya üçün ağır sanksiyalar paketi hazırdır“ – Moskva dalana dirənib

“Rusiya üçün ağır sanksiyalar paketi hazırdır“ – Moskva dalana dirənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ təhlükəsizlik yardımından əlavə, Ukraynaya güclü iqtisadi dəstək verəcək. Rusiyanın heç bir şübhəsi olmasın: Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır”.

Yenisabah.az “Ukrinform”a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Qeyd edək ki, Ukraynanın XİN rəhbəri Dmitri Kuleba ilə almaniyalı həmkarı Annalena Berbok arasında telefon danışığı olub.

Kuleba qeyd edib:

“Rusiya Federasiyasının aqressiv hərəkətləri fonunda təhlükəsizlik vəziyyətini ətraflı müzakirə etdik. Almaniya kansleri Olaf Şoltsun bazar ertəsi baş tutacaq səfərinə fəal hazırlaşırıq. Təhdidlərə qarşı birgə və qətiyyətli addımları müzakirə etmək üçün əsl vaxtdır”.

Həmçinin D. Kuleba Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə söhbətdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər:

“Borrell təsdiq etdi ki, Rusiya üçün ağır sanksiyalar paketi artıq hazırdır. Aİ Ukraynaya siyasi və maliyyə dəstəyi göstərmək üçün əlavə səylər göstərəcək. Aİ-yə qəti mövqeyinə və qətiyyətli addımlar atmağa hazır olmasına görə minnətdaram”, – deyə o vurğulayıb.