ABŞ-da Ukraynada müharibənin başlamasına iki həftə qalmış vəziyyəti təsvir etdilər
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, “Popular Mechanics” nəşrinin müxbiri Kayl Mizokami Ukraynada mümkün müharibəyə qədər iki həftə ərzində baş verəcəkləri təsvir edib. Onun fikrincə, səkkiz xəbərdarlıq işarəsi münaqişənin yaxınlaşdığını göstərə bilər.
“ABŞ və Avropa ölkələri hökumətləri Rusiyanın bu və ya digər formada Ukraynaya hücum edəcəyi ehtimalını getdikcə daha yüksək hesab edir”, – deyə müəllif əminliklə bildirir.
Müxbir iddia edir ki, Rusiya müharibədən iki həftə əvvəl Ukrayna ilə həmsərhəd bölgələrdə yanacaq və sursat ehtiyatı toplamağa, həmçinin səhra hosritallarını yerləşdirməyə başlayacaq. Eyni zamanda Rusiya hərbi hakerləri Ukraynanın kompüter şəbəkələrini, xüsusən də milli hökumətə, kommunal xidmətlərə, maliyyə institutlarına və fövqəladə xidmətlərə aid olan şəbəkələri hədəfə alacaq. Həmçinin, Mizokaminin fikrincə, Global Positioning System (GPS) saxtakarlığını gözləməliyik.
Müharibədən bir həftə əvvəl Rusiya nüvə enerjisi ilə işləyən qanadlı raket daşıyan sualtı qayıqlarının bir hissəsini Atlantik okeanına göndərə və oradan Ukraynanı hərbi texnika ilə təchiz edən yük gəmilərinə hücum etmək üçün istifadə edə bilər. Eyni zamanda Ukrayna ilə həmsərhəd bölgələrdə Rusiyanın radioelektron mübarizə vasitələrindən aktiv şəkildə istifadə etməyə başlayacağı iddia edilir. Müxbirin sözlərinə görə, sosial şəbəkələrin işinin müvəqqəti dayandırılması da mümkündür.
Mizokaminin sözlərinə görə, münaqişə başlamazdan bir gün əvvəl Ukraynada tanınma nişanı olmayan yaşıl formalı adamlar görünə və Rusiyanın pilotsuz kəşfiyyatı daha da fəallaşa bilər.
Follow @7timesaz