ABŞ Rusiyanın Ukraynaya tammiqyaslı hücumu zamanı mümkün itkiləri artıq hesablayıb.
7Times.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Vaşinqton hesab edir ki, Rusiya işğalı mümükn müdaxiləsi nəticəsində 85 minə qədər insan həlak ola bilər. Amerikalı ekspertlərin fikrincə, 25 minə qədər ukraynalı əsgərin, 10 minə qədər rus əsgərinin və 50 minə qədər mülki şəxsin həlak olmaq ehtimalı var.
Bildirilir ki, Rusiya Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırıb və hərbi texnikanı cəmləməyə davam edir. Həmçinin, o da bildirilir ki, hərbi əməliyyatlar fevralın 15-də başlayacaq. “İzvestiya” yazır ki, Vaşinqtonun fikrincə, Rusiya ordusu bir neçə gün ərzində Kiyevi ələ keçirəcək.
Follow @7timesaz