Dünya

Rusiya-Ukrayna savaşında SON DURUM: Zelenski şad xəbəri AÇIQLADI

Rusiya-Ukrayna savaşında SON DURUM: Zelenski şad xəbəri AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna savaşında son durum açıqlanıb.

 

7Times.az  bildirir ki, Ukrayna lideri Zelenski bəzi yaşayış məntəqələrinin Rusiyadan geri alındığını deyərək ordunu təbrik edib. İctimaiyyətə müraciət edən prezident bu inkişafı “yaxşı xəbər” kimi qiymətləndirib, lakin geri alınan yaşayış məntəqələrinin hansı bölgədə yerləşdiyini açıqlamayıb.

 

“İndi onların adlarını açıqlamağın vaxtı deyil”, – Zelenski qeyd edib.

 

ABŞ rəsmiləri Ukraynanın “yavaş, lakin əhəmiyyətli” irəliləyiş əldə etdiyini bildiriblər. Son günlər Ukrayna hökuməti davam edən və planlaşdırılan əməliyyatlarla bağlı məxfiliyi artırıb, ölkənin cənub və şərqində Rusiyanın nəzarətində olan ərazilərə qarşı gözlənilən əməliyyatlar barədə demək olar ki, heç bir məlumat paylaşmayıb.

“Hesab edirəm ki, xalqımız əsgərlərimizlə fəxr edir”, – Zelenski televiziyada yayımlanan çıxışında deyib. O, gələn ilin dövlət büdcəsindən müharibə üçün vəsait müəyyən ediləcəyini, müdafiəyə 27 milyard dollar ayrılacağını, dövlətin isə pensiya kimi sosial öhdəliklərini yerinə yetirməyə davam edəcəyini bildirib.

 

Qeyd edək ki, Ukrayna Xersonu tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Hərbi ekspertlər isə qış aylarında irəliləyişin çətinləşəcəyini deyirlər.