Hərbi

Rusiya Ukraynada daha 810 hərbçisini itirdi

Rusiya Ukraynada daha 810 hərbçisini itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 810 hərbçisini itirib.

 

7Times.az  UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 431 550 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 19 tank, 17 zirehli döyüş maşını, 34 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.