Dünya

Rusiya Ukraynadakı diplomatlarını təxliyə etməyə başlayıb

Rusiya Ukraynadakı diplomatlarını təxliyə etməyə başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı iki konsulluğundan diplomatları təxliyə etməyi planlaşdırır.

7Times.az Modern.az -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

Yanvarın 5-də artıq 18 nəfər ölkəni tərk edib. Onların arasında əsasən rus diplomatlarının uşaqları və həyat yoldaşları olub.
Mənbənin sözlərinə görə, yaxın vaxtlarda Ukraynanı 30 nəfərin tərk edəcəyi gözlənilir. Bunlar Kiyevdən və Rusiyanın Lvovdakı konsulluğundan olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Ukrayna sərhədində vəziyyətin son dərəcə gərgin olaraq qaldığını bildirib.