Aktual

Rusiya Ukraynadakı əməliyyatlar fonunda 76 yaşlı FAB-3000 bombalarını konservasiyadan çıxarıb

Rusiya Ukraynadakı əməliyyatlar fonunda 76 yaşlı FAB-3000 bombalarını konservasiyadan çıxarıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiya Aerokosmik Qüvvələri sərbəst düşən  qəlpəli fuqas tipli FAB-3000-M46 aviabombalarını konservasiyadan çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə “Fighterbomber” Telegram kanalı abunəçilərinin məlumatlarına istinadən ictimaiyyətə məlumat verib.
Ehtimal edilir ki, bu sursatlar Mariupolda müdafiə olunan Ukraynanın “Azov” alayının döyüşçülərinə qarşı istifadə olunacaq.
Uzaqmənzilli səsdən sürətli raket daşıyan “Tu-22M3” bombardmançıları bu bombaların yeganə daşıyıcısıdır.
Hava bombası təyyarəyə daşımaq üçün nəzərdə tutulmuş arabada yerləşir.
FAB-3000-M46 sənaye obyektlərinə, bəndlərə və yeraltı tikililərə zərbə vurmaq üçün nəzərdə tutulub. Aviabomba 1946-cı ildə istifadəyə verilib. O, quyruqsuz aerodinamik dizayna uyğun hazırlanmışdır və həlqəvi stabilizatora malikdir. Sonuncu dəfə belə sursat SSRİ tərəfindən Əfqanıstan müharibəsi zamanı istifadə edilib. Onun kütləsi 3000 kq, partlayıcının çəkisi isə 1400 kq-dır.
Bu yaxınlarda Rusiya Aerokosmik Qüvvələri daha yeni K029BE (UPAB-1500V) idarə olunan bombalardan istifadə etməyə başladı. Sursatın kütləsi 1525 kq, döyüş başlığının çəkisi isə 1010 kq-dır. Görünür, bu bombaların ehtiyatı azaldığı üçün Rusiya 76 yaşlı bombalardan istifadəyə başlayacaq.