Martın 22-nə keçən gecə və bu gün səhər Rusiya hərbçiləri Ukraynanın enerji obyektlərinə, o cümlədən bir sıra vacib obyektlərə kütləvi hücum həyata keçirib.
APA xəbər verir ki, ilkin məlumata görə, zərbələr Xarkov, Vinnitsa, Sumı, Lvov, Zaporojye və Dnepropetrovsk vilayətlərindəki hədəflərə endirilib.
Zərbələrin daha çox pilotsuz uçuş aparatları, “İskəndər”, “Kinjal”, o cümlədən “X-101” raketlərindən istifadə edilməklə həyata keçirildiyi vurğulanır.
Xarkova hava zərbələri endirildikdən sonra elektrik enerjisinin verilişinin kəsildiyi bildirilir.
Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, bu, Ukraynanın enerji sektoruna son vaxtlar ən irimiqyaslı hücumdur. Onun sözlərinə görə, hücum nəticəsində müxtəlif ərazilərdə generasiya qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri sıradan çıxıb. Ölkədə elektrik enerjisi və internetin verilişində fasilələr yaranıb.
Nazir hazırda energetiklərin elektrik enerjisinin bərpası üzərində işlədiklərini bildirib.
Bir sıra zərbələr nəticəsində Dnepr Su Elektrik Stansiyasına ciddi ziyan dəyib. Həmçinin, hərbi müxbirlərin verdiyi məlumata görə, Vinnitsa vilayətində Ladıjenskaya Dövlət Elektrik Stansiyası və Xarkov vilayətində Zmiyevskaya Dövlət Dairə Elektrik Stansiyası və vurulub. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına zərbələr endirilib.
Follow @7timesaz