Dünya

“Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq” – Ukrayna SQ

“Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq” – Ukrayna SQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya vaxtı çatanda Ukrayna torpaqlarından özü çıxacaq, qoşunlarımızın qarşısından qaçacaqlar. Daha sonra onlar bu tarixi əlamətdar gün kimi qeyd edəcəklər”.

“Reoprt” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mayın 9-dək (red: SSRİ-nin faşizm üzərində qələbə günü) Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirməyə çalışır. Amma biz buna imkan verməyəcəyik. Ümumiyyətlə, qarşı tərəf əlamətdar tarixlərə xüsusi önəm verir”.

Qeyd edək ki, təxminən 7 aydır Baxmutda gərgin döyüşlər gedir.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski daha əvvəl demişdi ki, ruslar Baxmutda tutduqları bəzi mövqelərdən geri çəkiliblər.