Dünya

Rusiya və Çin müstəqil maliyyə strukturu yaradacaq

Rusiya və Çin müstəqil maliyyə strukturu yaradacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının sədri Si Tsinpinlə videokonfrans formatında görüşü baş tutub”.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Uşakovun sözlərinə görə, Putin və Si Cinpin digər ölkələrin təsirinə məruz qalmayan müstəqil maliyyə strukturu yaratmaq barədə razılığa gəliblər.

Bundan əlavə, danışıqlarda Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında söhbətin nəticələri müzakirə edilib, ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”nin antiməhsuldar rolu vurğulanıb.//oxu.az