Dünya

“Rusiya və Putindən cavab istəyəcəyik” – Britaniyanın XİN başçısı

“Rusiya və Putindən cavab istəyəcəyik” – Britaniyanın XİN başçısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk dəmiryol vağzalına raket hücumu dəhşətdir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.

“Bu, bizi dəhşətə gətirdi. Mülki əhalinin hədəf alınması müharibə cinayətidir. Biz Rusiya və Prezident Vladimir Putindən buna cavab istəyəcəyik”, – nazir bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 35 nəfər ölüb. Onlardan 4-nün uşaq olduğu bildirilir. Xeyli yaralı var. Ölənlərin sayının atracağı istisna deyil.

Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur. Rusiya isə bu iddiaları qəbul etmir.