Rusiya və Ukrayna arasında pərdəarxası danışıqlar aparılır, o cümlədən iki ölkənin nümayəndə heyəti arasında yeni rəsmi görüşün yeri müzakirə edilir.
7Times.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı İstanbuldakı diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Hazırda pərdəarxası danışıqlar gedir, lakin hələlik heç bir konkretlik yoxdur. İstanbul, əlbəttə ki, əlverişli, sübut edilmiş danışıqlar platformasıdır”, – mənbə bildirib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk dəfə birbaşa danışıqlar baş tutub.
Follow @7timesaz