Ukraynada Kaxovka bəndinin uçmasından sonra ərazidə təxliyə işləri davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi Xerson vilayətində 6 min 26 nəfərin təxliyə edildiyini açıqlayıb.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bəyanat yayıb.Bəyanatda deyilir ki, “Rusiya Fövqəladə Hallar Nazirliyi Xerson vilayətində daşqından zərər çəkənlərin təxliyyəsi üçün səylərini davam etdirir.
İşlər başlayandan 235-i uşaq olmaqla 6 min 26 nəfər təxliyə edilib. FHN daşqın ərazisinə 75 ton ərzaq və 30 ton içməli su çatdırıb. Suyun səviyyəsi aşağı düşməkdə davam edir.
Bundan əlavə, bəyanatda 795 personalın təxliyyə prosedurlarında iştirak etdiyi qeyd edilib.
Follow @7timesaz