Hərbi

Rusiya Xəzərdə hərbi təlimlərə başlayır

Rusiya Xəzərdə hərbi təlimlərə başlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hərbi Dəniz Qüvvələri Şimal, Sakit Okean, Baltik donanmaları və Xəzər donanmasının qüvvələrinin cəlb olunduğu “İyul Fırtınası” əməliyyat təliminə başlayıb.

“7Times.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, təlimlər iyulun 23-dən 27-dək Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Aleksandr Moiseyevin ümumi rəhbərliyi altında keçiriləcək.

Təlimlərə 150-dən çox hərbi gəmi və yardımçı gəmi, 120 təyyarə, 10 sahil raket kompleksi, 950 ədəd hərbi və xüsusi texnika, 15 mindən çox hərbi qulluqçu cəlb olunub.