Dünya

“Rusiya Yaxın Şərqdə yeni müttəfiq axtarır” – “ABŞ-a meydan oxumaq üçün…”

“Rusiya Yaxın Şərqdə yeni müttəfiq axtarır” – “ABŞ-a meydan oxumaq üçün…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya yeni limanlara və ticarət bazarlarına çıxış əldə etmək, həmçinin Yaxın Şərqdə ABŞ-a meydan oxumaq üçün Livanda təsir imkanlarını gücləndirməyə çalışır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “UNİAN” nəşrində dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, bu, Moskvaya Qərbin sanksiyalarından yayınmağa imkan verəcək, həmçinin beynəlxalq forumlarda Rusiyanın mövqelərini dəstəkləmək üçün əlavə tərəfdaş qazandıracaq. Qeyd olunur ki, bu, Rusiyanın Suriyada möhkəmlənməsinə, Şimali Afrikanın Əlcəzair və Misir kimi dövlətləri, eləcə də İran və Səudiyyə Ərəbistanı kimi Fars körfəzi ölkələri ilə əlaqələrinin güclənməsinə səbəb olacaq.

Livan üçün Rusiya enerji resurslarının bu ölkə vasitəsilə ixracı iqtisadi böhran şəraitində ciddi infrastruktur problemlərini həll edə bilər. Ekspertlərin qeyd etdiyi kimi, Rusiyanın həmişə şəxsi maraqları və mövcudluğu olan Suriyadan fərqli olaraq, Livan heç vaxt Moskva üçün təsir və ya mövcudluq mərkəzi olmayıb. Bununla belə, Kremlin ölkədə təsirini artırmaq üçün rıçaqları var. Burada Moskvaya həmişə rəğbət bəsləyən böyük bir pravoslav icması olub. Digər tərəfdən, Moskva Livan gəncləri ilə qarşılıqlı əlaqə təşəbbüslərinə, xüsusən də təhsil, idman və mədəniyyət sahələrinə sərmayə qoyub. Rusiyanın təşəbbüsləri də enerji təhlükəsizliyi üzərində qurulub. Bu yolla Rusiya şirkətləri Livanın enerji və təbii ehtiyatlarına, o cümlədən birgə infrastruktur layihələrinin işə salınmasına daha geniş çıxış əldə edə bilərlər”.-deyə məqalədə bildirilir.