Dünya

“Rusiya yay hücumlarına start verib” – Şamşin

“Rusiya yay hücumlarına start verib” – Şamşinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusu faktiki olaraq yay hücum əməliyyatına start verib və yaxın zamanlarda atəşkəs gözlənilmir”.

7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Xarkov operativ-taktiki qrupunun sözçüsü Pavel Şamşin bildirib.

“Onların İstanbulda danışıqlara göndərdiyi nümayəndələri hamı gördü. Bunlar sadəcə adını eşitmədiyimiz şəxslərdir və bu prosesi ciddi qəbul etməyə dəyməz. Amma yenə də qeyd edim ki, biz sülh istəyirik. Ukrayna hərbçiləri qədər heç kim sülh istəmir”, – deyə Şamşin qeyd edib.

O, xatırladıb ki, Rusiya ordusu bundan əvvəl dəfələrlə atəşkəs vədlərinə əməl etməyib, əksinə, bu vədləri yeni hücumlara hazırlıq məqsədilə manipulyasiya vasitəsi kimi istifadə edib.

Şamşinə görə, hazırda baş verənlər də bu taktikanın davamıdır:“Hazırda işğalçılar qüvvə toplayır. Faktiki olaraq düşmənin yay hücumu artıq başlayıb. Ona görə yaxın zamanda atəşkəsə ümid etmək sadəlövhlük olar”.

Bundan əlavə, Xarkov vilayətinin Lıptsi istiqamətində vəziyyətin gərginləşdiyi qeyd olunur. Rusiya ordusu burada zirehli texnikadan istifadə etməklə hücuma keçib. Ukrayna müdafiəçiləri düşmənin texnikasını və motosikletlərini məhv edərək, daha sonra piyada bölmələrini sıradan çıxarmağa başlayıblar.

“AzPolitika.info”