Dünya

Rusiya Zaporojyeni vurdu – Ölən və yaralananlar var

Rusiya Zaporojyeni vurdu – Ölən və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Zaporojyedə mülki şəxslərin humanitar karvanını raket ilə vurub.

Sfera.az “Unian”a istinadən xəbər verir ki, Milli Polisin rəhbəri İqor Klimenkonun sözlərinə görə, 30 nəfər ölüb, 88 nəfər yaralanıb.

“Ölənlər arasında iki uşaq var: 11 yaşlı qız və 14 yaşlı oğlan. 3 yaşlı qız da yaralanıb”, – deyə Klimenko bildirib.

İ.Klimenko polislər arasında da itkilərin olduğunu bildirib.

“Məlumdur ki, ruslar modernləşdirilmiş S-300 raketləri ilə insanları vurublar. Bu dəyişdirilmiş raketlərin kraterləri o qədər də dərin deyil, lakin partlayış dalğasının radiusu böyükdür”, – Klimenko əlavə edib.