Dünya

Rusiyada 6 ayda 10,7 min insan cinayətlərin qurbanı olub

Rusiyada 6 ayda 10,7 min insan cinayətlərin qurbanı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin altı ayında Rusiyada 10,5 mindən çox insan cinayətin qurbanı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin idarənin rəsmi saytında dərc edilmiş statistik məlumatında deyilir.

2023-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 983,7 min cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,0% azdır.

“Rusiya Federasiyasının 34 subyektində qeydə alınmış cinayətlərin sayının artımı, 51 subyektində azalma qeyd edilib”, – materiallarda deyilir.

DİN-dən bildiriblər ki, hər beş cinayətdən dördü (82,7%) şəhər və şəhər tipli qəsəbələrdə qeydə alınıb – 813,1 min.