Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.
7Times.az -ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verib.
Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.
Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.
Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.
Follow @7timesaz