İyunun 24-nə keçən gecə “Vaqner” hərbi birləşməsinin təsisçisi Rusiya Müdafiə Nazirliyinə verdiyi bir neçə bəyanatdan sonra ölkənin iri bankları məzənnələri kəskin artırıb.
“APA-Economics” bu barədə Kommersant-a istinadən xəbər verir. Belə ki, “Raiffeisenbank”da rəsmi məzənnə 97.55 rubl/dollar və 106.4 rubl/avro VTB-də – 94.5 rubl/dollar və 102.5 rubl/dollar, “Qazprombank”da – 97.3 rubl/dollar və 104.3 rubl/avro, “Alfa-bank”da – 96.77 rubl/dollar və 106.21 rubl/avro , “MTS-bank”da – 95.65 rubl/dollar və 104.1 rubl/avro təşkil edir.
İyunun 24-nə Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi 84.1 rubl/dollar və 91.5 rubl/avro səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında Yevgeni Priqojin Müdafiə Nazirliyini “Vaqner” düşərgəsinə hücum etməkdə günahlandırıb və həmçinin bildirib ki, 25 min nəfər “ölkədə xaosun niyə baş verdiyini anlamağa” çalışır. İyunun 24-ü səhər Yevgeni Priqojin bəyan edib ki, “Vaqner” Rostov-na-Donudakı hərbi obyektlərə nəzarət edir. Prezident Vladimir Putin bunu üsyan və Rusiyaya xəyanət adlandırıb.
Follow @7timesaz