“Vaqner” muzdlularının Vladimir Putinin hakimiyyətinə görünməmiş səviyyədə meydan oxumasından sonra yaranan xaos hələ bitməyib və qeyri-sabitlik kifayət qədər uzun müddət davam edə bilər”.
7Times.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Rusiyada baş verən hadisələrə münasibət bildirərkən deyib.
Blinken bildirib ki, Rusiyada 23-24 iyunda Yevgeni Priqojinin başçılıq etdiyi üsyana səbəb olan gərginlik uzun müddətdir davam edir.
“Putinin qarşıdakı həftələrdə və aylarda həll etməli olacağı çoxlu yeni məsələlər var”, – dövlət katibi NBC News-a bildirib.
Blinken həmçinin qeyd edib ki, hazırkı iğtişaşlar Moskvanın Ukraynadakı imkanlarına təsir edə bilər.
“Bizim diqqətimiz davamlı olaraq Ukraynaya yönəlib, onun özünü müdafiə etmək və əraziləri geri almaq üçün lazım olan hər şeyə malik olduğundan əmin olmaqdır”, – Blinken deyib.
Follow @7timesaz