Dünya

Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Çox sayda ölü və itkin düşən var

Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Çox sayda ölü və itkin düşən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.

7times.az xəbər verir ki, xilasetmə xidmətindən TASS-a bildirilib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

FHN-in yerli idarəsindən 9 nəfərin taleyinin naməlum olduğu açıqlanıb.Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür. Xilasetmə xidmətindən verilən açıqlamaya görə, yanğın barıt saxlanan birmərtəbəli sexdə qeydə alınıb. Əhali üçün təhlükə olmadığı bildirilir. / APA