Dünya

Rusiyada dollar 103 rubla yüksəldi

Rusiyada dollar 103 rubla yüksəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada dolların məzənnəsi artmağa davam edir. 2024-cü ilin noyabr ayının 25-də Rusiya Mərkəzi Bankı dolların məzənnəsini 102,58 rubl olaraq müəyyən edib.

7Times.az  xəbər verir ki, bu, 2022-ci ilin mart ayından bəri ən yüksək göstəricidir. Bir gün ərzində dolların məzənnəsi təqribən 2 rubl artıb. Eyni zamanda, avronun da qiyməti yüksəlir: avronun məzənnəsi 1,5 rubl artaraq 107,43 rubla çatıb, bu da 2022-ci ilin martından bəri rekord səviyyədir. Çin yuanı da güclənərək 13,94 rubla yüksəlib.

Analitiklər, dolların son yüksəlişini ABŞ-da respublikaçı Donald Trampın prezident seçkilərində qalib gəlməsi və yeni Amerika sanksiyalarının tətbiq edilməsi ilə əlaqələndirirlər. Bu amillər Rusiyada dolların məzənnəsinin artmasına təsir göstərib.

Hazırda dvaklyutadəyişmə məntəqələrində dollar 103 rubldan baha satılır. Mütəxəssislərin fikrincə,   noyabr ayının sonuna qədər dolların  daha da güclənməsi mümkündür. İqtisadçı Valeriya İvanova geosiyasi vəziyyət, sanksiyalar və yüksək dövlət xərcləri səbəbindən dolların 100 rubldan yuxarı qalxmasının ehtimalını vurğulayıb. Bununla yanaşı, Rusiyada vergi dövrü başlayacağı üçün dolların qiymətinin müvəqqəti olaraq aşağı düşməsi gözlənilir. Çünki, bu dövrdə ixracatçılar vergi ödəmək üçün xarici valyutalarını rublara çevirirlər, bu da rublara olan tələbi artırır və dolların kursunu müvəqqəti olaraq aşağı salır.

İvanova noyabrın sonuna qədər dolların 99 rubla qədər enə biləcəyini və ümumi olaraq 96 ilə 100 rubla qədər dalğalanmaların olacağını qeyd edib. Lakin, bu dəyişikliklər qısamüddətlidir və xarici amillər – məsələn, neft qiymətləri və beynəlxalq siyasi vəziyyət – kursa yenidən təsir edə bilər.

Rusiyada rublun zəifləməsinin Azərbaycana təsiri bir neçə formada özünü göstərə bilər.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rublun zəifləməsi Azərbaycanla Rusiya arasındakı ticarət münasibətlərində müəyyən dəyişikliklərə səbəb ola bilər. Rusiyada rublun zəifləməsi bu ölkədə istehsalı olunan malların ixracda rəqabətliliyini artırır.

Rublun dəyərdən düşməsi xarici ölkələrdən o cümlədən Azərbaycandan bu ölkəyə ixrac olunan malların rublla  qiymətinin artmasına səbəb olacaq ki, bu da həmin məhsulların rəqamət qabiliyyətini aşağı salır.

Rublun zəifləməsi Rusiyada işləyən azərbaycanlıların  qazancını dollarla azaldaraq Azərbaycana göndərilən pul köçürmələrinin dəyərini aşağı sala bilər.

Rublun zəifləməsi Rusiyanın vətəndaşlarının Azərbaycana gəlməsini çətinləşdirə bilər. Rusiya valyutasının dəyərinin azalması onların Azərbaycanda xərclərini artıracaq.

Modern.az