Rusiyanın böyük şəhərləri arasında təkrar bazarda ən ucuz mənzillər Çelyabinskdə yerləşir.
Sfera.az bildirir ki, bu barədə “Rossiyskaya qazeta” “Avito Nedvizhimost” analitiklərinin məlumatlarına istinadən xəbər verir.
Bu şəhərdə təkrar satışa çıxarılan mənzillərin orta qiyməti 78,4 min manat dəyərindədir.
Rusiyanın böyük şəhərləri arasında ucuz mənzillər sırasıyla Kirov şəhərində (mənzillərin qiyməti orta hesabla 81,2 min manat), İjevskdə (87 min manat), Ulyanovskda (88,4 min manat) olub.Təkrar bazarda ən çox və ən bahalı mənzil Moskvadadır. Burada “ikinci əl” mənzillərin orta qiyməti 356 min manatdan yüksəkdir. Rusiyanın tanınmış şəhərlərindən Soçidə orta qiymət 282 min manat, Sankt-Peterburqda 237 min manatdır.
Follow @7timesaz