Hərbi

Rusiyada general və arvadı ölü tapıldı – Ölüm səbəbi müəmmalıdır

Rusiyada general və arvadı ölü tapıldı – Ölüm səbəbi müəmmalıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada daha bir yüksək rütbəli həbçinin müəmmalı ölüm hadisəsi baş verib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Baza” teleqram kanalının yazdığına görə, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri və Aerokosmik Müdafiə 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov Stavropol diyarındakı evində ölü tapılıb. Onunla birgə həyat yoldaşının da meyiti aşkar edilib.Xəbərdə bildirilir ki, 68 yaşlı Vladimir Sviridov və onun arvadı Tatyana Sviridovanın meyitləri Adjiyevski kəndindəki evlərində tapılıb. İlkin məlumata görə, cütlük təxminən bir həftə əvvəl dünyasını dəyişibmiş. Qaz xidmətinin işçiləri artıq ölçmələr aparıb və mənzildə zərərli maddələrin icazə verilən konsentrasiyanı keçmədiyini aşkar ediblər. Odur ki, generalın və arvadının eyni vaxtda dəm qazından yox, hansısa başqa səbəbdən öldükləri güman edilir. Həmin səbəb isə hələ ki, bəlli deyil.