Dünya

Rusiyada hərbi anbarda partlayış: insanlar təxliyyə edilir – VİDEO

Rusiyada hərbi anbarda partlayış: insanlar təxliyyə edilir – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ryazan vilayətində hərbi anbarda yanğın baş verib.

7times.az Progorod62.ru-ya istinadla xəbər verir ki, Skopinski rayonunda yerləşən anbarda partlayış səsləri eşidilib.

Yerli sakinin sözlərinə görə, güclü partlayış olub və ətrafı tüstü bürüyüb, partlayış səsləri qonşu qəsəbələrdən də eşidilir:

– Elə bir səs-küy var ki, adamın qulağı batır!

Rəsmi mənbələr insan tələfatının olmadığını bildiriblər. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Kuzminka-2 yaşayış sahəsinin əhəlisinin təxliyyə edildiyi qeyd olunur.

Oxu.az