Rusiyada hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq.
7Times.az xəbər verir ki, Dövlət Duması bununla bağlı qanuna düzəlişləri təsdiq edib.
Bildirilib ki, qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Həmçinin, çağırış yaşının mərhələli şəkildə qaldırılması qanunda nəzərdə tutulub.
Belə ki, 2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşa, 2025-ci ildən 20 yaşdan 30 yaşa, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşa qədər olacaq.
Follow @7timesaz