Rusiya Federasiya Şurası çətin həyat vəziyyətində olan vətəndaşlara ödəmə qabiliyyətini bərpa etmək üçün kredit müqaviləsi üzrə güzəşt müddəti verilməsi haqqında qanunu təsdiqləyib.
“AzPolitika.info” bu barədə TASS-a istinadla xəbər verir.
Tədbir avtomobil və istehlak kreditlərinə şamil olunacaq.
2024-cü il yanvarın 1-dən kreditlərə güzəşt olunmasına dair qanunun daimi əsaslarla qüvvəyə minməsi planlaşdırılır.
Bu qanun borcalanın borc verənə altı aya qədər güzəşt müddəti tələbi ilə müraciət etmək hüququnu nəzərdə tutur.
Follow @7timesaz