2025-ci ilin ilk beş ayında Rusiyada miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 10 % artıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrasiya sahəsində cinayətlərin araşdırılmasına həsr olunmuş iclasda bildirib.
Yeni məlumatlara görə, ötən illə müqayisədə Rusiyada miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 19 minə qədər artıb.
Göstərilən dövr ərzində təcavüzlərin sayı 22 % artıb, ağır cinayətlərin sayı isə 6 minə çatıb. Ötən il bu rəqəm 3,9 min olub. Məhkəmələrdə miqrantların əməlləri ilə bağlı cinayət işlərinin sayı 5 ayda 15 % artıb.
İstintaq Komitəsinin rəhbəri məlumat verib ki, miqrasiya qeydiyyatı sahəsində cinayət törətdiklərinə görə 120 nəfər məsuliyyətə cəlb edilib, onlardan 81 nəfəri miqrasiya məsələləri ilə məşğul olan hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Follow @7timesaz