Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.
Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.
Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.