Dünya

Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldı

Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Vladimir Tokarev korrupsiya işi üzrə saxlanılıb.

7Times.az  xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Tokarev Cinayət – Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb”, – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, nazir müavininə qarşı qaldırılan cinayət işi onun çalışdığı qurumla bağlı deyil.

Başqa bir mənbə isə Tokarevin yanvarın 31-dək məzuniyyətdə olduğunu və sonradan işdən çıxarılacağını bildirib.

Qeyd edək ki, Vladimir Tokarev Rusiya nəqliyyat nazirinin müavini vəzifəsinə ötən il təyin edilib. O, “Dostluq” ordeni ilə təltif olunub.