Dünya

Rusiyada nüvə silahından istifadə ilə bağlı təlimlər keçirilir

Rusiyada nüvə silahından istifadə ilə bağlı təlimlər keçirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ötən gündən etibarən qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadisini özündə ehtiva təlimin birinci mərhələsinə start verilib.

7Times.az xəbər veir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb, istifadəyə hazır vəziyyətə gətirəcəklər.

Açıqlamada hipersəsli “Kinjal” raketləri ilə təchiz edilmiş təyyarələrin də təlimdə iştirak edəcəyi bildirilib.

“Təlim Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması, habelə hərbi qüvvələrin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədilə təşkil edilib”,-deyə açıqlamada qeyd olunub.

“AzPolitika”