Rostov Vilayət Məhkəməsi Şimali Osetiyadan olan opera müğənnisi Vadim Çeldiyevi sərt rejimli koloniyada çəkmək şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edib.
Axşam.az xəbər verir ki, bu barədə “İnterfaks” nəşri məlumat yayıb. İstintaqın məlumatına görə, 2020-ci ildə Çeldiyev teleqram kanalında Vladiqafqazda koronavirus məhdudiyyətlərinə qarşı mitinqlərə çağırışla bağlı video yayımlayıb.
Nəticədə 20 aprel 2020-ci il tarixində Azadlıq meydanında icazəsiz mitinq keçirilib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ora 2,5 minə qədər insan gəlib ki, onların hamısı koronavirusla bağlı məhdudiyyətlərə, eləcə də Çeldiyevin saxlanmasına qarşı çıxıb. Polis etirazçıları meydandan çıxartmaq istəyəndə onlara hücum ediblər.
İstintaq onu da bildirib ki, Sankt-Peterburqdan Rostov-na-Dona aparılarkən V.Çeldiyev polis əməkdaşının üzünə bir neçə zərbə vurub.
Məhkəmədə Çeldiyev təqsirli olmadığını müdafiə edib.
Follow @7timesaz