Dünya

Rusiyada prezident seçkiləri bu tarixdə ELAN EDİLƏCƏK

Rusiyada prezident seçkiləri bu tarixdə ELAN EDİLƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini elan edəcək.

7times.az  xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov yerli KİV-ə bildirib.

 

“Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlandığını rəsmən elan edəcək”, – o, jurnalistlərə bildirib.

 

Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir.

 

Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.

 

Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək.

 

“Həqiqət üçün ədalətli Rusiya” partiyası bundan əvvəl Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin seçkilərdə iştirak edəcəyi təqdirdə onu dəstəkləmək niyyətində olduğunu bəyan edib.

Modern.az