“Rusiyada prezident seçkiləri yaxınlaşır. Seçkilər istənilən halda keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.
D.Peskov Ukrayna müharibəsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Rusiya kəşfiyyat xidmətləri ABŞ və Böyük Britaniyanın Ukrayna kəşfiyyatına nəzarət etdiyi barədə məlumatlara malikdir.
Kreml sözçüsü həmçinin kollektiv Qərbin döyüş sursatlarının məhdud olduğuna və tükənəcəyinə diqqət çəkib.
O qeyd edib ki, Rusiya uzun müddətdir sanksiya rejimində yaşadığına görə artıq buna uyğunlaşıb.
D.Peskov Prezident Vladimir Putinin bu gün bir sıra telefon danışıqları keçirəcəyini də söyləyib.
Follow @7timesaz