Rusiyada “qanuni oğru”ların ovu davam edir.
7Times.az xəbər verir ki, 2020-ci ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra “qanuni oğru”lar faktiki olaraq bu ölkədə sərbəstliklərini itiriblər.
Söhbət krminal iyerarxiyada yüksək status daşımağa görə cəzadan gedir. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə (maddə 210) “qanuni oğru” statusu daşıyanların hətta cinayət törətməsələr belə, 10-15 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Ötən dövr ərzində xeyli sayda “qanuni oğru” 210-cu maddə ilə həbs edilib.
Kostya Kanski
Məlumata görə, bu məsələ yenidən gündəmə gəlib və yaxın vaxtrlarda Kostya Kanskinin məhkəməsi keçiriləcək. Onun “qanuni oğru” olması sübuta yetirilsə, 10-15 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Sumbat Abasov
Kosta Kanskidən başqa yezid əsilli “qanuni oğru” Sumbat Abasov (Submat Tbilisski) da 210-cu maddə ilə məhkəmə qarşısına çıxarılacaq.
(qaynarinfo)